...

Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1

İdman Materials 7 İyun 2013 22:54 (UTC +04:00)
Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Trend-in məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb.
Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Bu gün futbol üzrə "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, F qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə 7-ci matçına çıxıb.

Berti Foqtsun komandası doğma meydanda Lüksemburq yığmasını qəbul edib.

Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan millimiz bu görüşün əsas favoriti hesab olunurdu.

Lakin bu dəfə də Azərbaycan Lüksemburqla heç-heçə edib: 1-1.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə növbəti matçını sentyabrın 6-da səfərdə İsrailə qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti