...

Azərbaycan idmançıları dünya reytinq cədvəlində ilk üçlüyə düşüblər

İdman Materials 10 İyul 2013 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Beynəlxalq Həvəskar Boks Federasiyası (AIBA) yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan boksçularından yalnız ikisi - Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) reytinq cədvəlində ilk üçlüyə düşüblər. Dünya və Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məcidov bütün rəqiblərini qabaqlayaraq, 2750 xalla siyahıya başçılıq edir.

Teymur Məmmədov isə yalnız ukraynalı Aleksandr Usikdən geri qalaraq 2-ci yeri tutur.

Digər boksçularımızdan ən yaxşı göstərici Minskdə keçirilmiş Avropa çempionatında bürünc medal qazanmış Elvin Məmişzadəyə (52 kq) məxsusdur. Millimizin üzvü 1000 xalla cədvəldə 6-cı pillədədir.

Qeyd edək ki, yalnlz iki çəki dərəcəsində - 75 və 81 kq-da boksçularımızdan heç biri ilk "otuzluğa" düşməyib.

49 kq

1. David Ayrapetyan (Rusiya) - 2250
2. Kaeo Pongpraayon (Tayland) - 1400
3. Patrik Barns (İrlandiya) - 1400
...11. Salman Əlizadə (Azərbaycan) - 450

52 kq

1. Endryu Selbi (Uels) - 2200
2. Mişa Aloyan (Rusiya) - 1950
3. Maykl Konlan (İrlandiya) - 1850
...6. Elvin Məmişzadə (Azərbaycan) - 1000

56 kq

1. Cohn Co Nevin (İrlandiya) - 2350
2. Lazaro Alvarez Estrada (Kuba) - 1950
3. Ənvər Yunusov (Tacikistan) - 1500
...28. Samir Məmmədov (Azərbaycan) - 150

60 kq

1. Vasili Lomaçenko (Ukrayna) - 2500
2. Yasinel Toledo Lopez (Kuba) - 1600
3. Çul Soon Haan (Koreya) - 1350
...28. Elvin İsayev (Azərbaycan) - 200

64 kq

1. Munx-Erden Urançimeq (Monqolustan) - 1950
2. Denis Berençik (Ukrayna) - 1700
3. Vinçenzo Manigapre (İtaliya) - 1500
...8. Heybətulla Hacəliyev (Azərbaycan) - 700

69 kq

1. Serik Sapiyev (Qazaxıstan) - 2100
2. Taras Şelestyuk (Ukrayna) - 1950
3. Andrey Zamkovoy (Rusiya) - 1300
...22. Tamerlan Abdullayev (Azərbaycan) - 300

75 kq

1. Yevgeni Xitrov (Ukrayna) - 1700
2. Florentino Falkao (Braziliya) - 1550
3. Boqdan Juratoni (Rumıniya) - 1300

81 kq

1. Yeqor Mexontsev (Rusiya) - 2000
2. Xulio Sezar Peraza (Kuba) - 1700
3. Adilbek Niyazimbetov (Qazaxıstan) - 1700

91 kq

1. Aleksandr Usik (Ukrayna) - 2500
2. Teymur Məmmədov (Azərbaycan) - 2150
3. Sergey Korneyev (Belarus) - 1450

91+kq

1. Məhəmmədrəsul Məcidov (Azərbaycan) - 2750
2. Entoni Coşua (İngiltərə) - 2100
3. İvan Dıçko (Qazaxıstan) - 1500

Xəbər lenti

Xəbər lenti