...

AFFA ənənəvi qərarlarını açıqladı

İdman Materials 20 Avqust 2013 12:56 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatıa görə, iclasda Premyer Liqanın üçüncü turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.
AFFA ənənəvi qərarlarını açıqladı

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend-in məlumatıa görə, iclasda Premyer Liqanın üçüncü turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

III turun "Neftçi" - "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 42-ci dəqiqəsində "Neftçi" klubunun futbolçusu Elvin Yunuszadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 8, 31 və 73-cü dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

"İnter" - AZAL matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Qarabağ" - "Xəzər Lənkəran" oyununun 26-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

"Sumqayıt" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 61-ci dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Volodomir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti