...

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Ukraynada inamlı qələbə qazanıb

İdman Materials 22 Sentyabr 2013 09:22 (UTC +04:00)
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Ukraynanın Xarkov şəhərində baş tutan döyüşdə Belarus idmançısı Aleksandr Abramenko ilə mübarizə aparıb.
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Ukraynada inamlı qələbə qazanıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov Ukraynanın Xarkov şəhərində baş tutan döyüşdə Belarus idmançısı Aleksandr Abramenko ilə mübarizə aparıb.

Trend-in məlumatına görə, WBO versiyasının reytinq xarakterli bu döyüşü əvvəlcədən nəzərdə tutuldugu kimi, altı yox, səkkiz raunddan ibarət olub.

Bu döyüşdə boksçumuz inamlı qələbə qazanıb. Döyüş əvvəlcədən F.Məmmədovun üstünlüyü şəraitində keçib və o, artıq dördüncü raundda rəqibini nokauta salıb.

Qeyd edək ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Məmmədov son bir il yarımda keçiridiyi üç döyüşün hamısını qələbə ilə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti