...

Cim Şerr: Bakıda keçiriləcək Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq

İdman Materials 25 Sentyabr 2013 10:43 (UTC +04:00)
Biz inanırıq ki, Bakıda keçiriləcək Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq.
Cim Şerr: Bakıda keçiriləcək Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Biz inanırıq ki, Bakıda keçiriləcək I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Avropa Oyunlarının icraçı direktoru Cim Şerr Fransa səfirliyində təşkil olunan ilk Avropa Oyunlarının keçirilməsinə hazırlığa dair seminarda bildirib.

Şerr vurğulayıb: "Bu oyunlara hazırlıq üçün bizə ayrılan büdcədən məhsuldar şəkildə istifadə etməyə cəhd edirik. Qarşıda hələ iki il var. Bizdə idmanın 19 növündə yarışların təşkil olunması üçün tədbirlər planı və proqramı var".

Xatırladaq ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assambleyasında, Avropanın 49 Milli Olimpiya Komitəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə, 84 faiz əksər səs çoxluğu ilə təsdiqləyib. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən "I Avropa Oyunları 2015"in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə 2015-ci il 28 iyun tarixində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti