Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/
"Rəvan" klubu baş məşqçi postuna Şahin Diniyevi təyin edib.
Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb.
Başqa sözlə, Diniyev 2015/16 mövsümünün sonuna qədər "Rəvan"ın baş məşqçisi olacaq. Artıq onun rəhbərlik edəcəyi məşqçilər korpusunun tərkibi də müəyyənləşib. Diniyevə Nazim Əliyev və Xaliq Mərdanov kömək edəcək.