...

Azərbaycan taekvondoçuları reytinqlərini artıra bilərlər

İdman Materials 9 Dekabr 2013 13:01 (UTC +04:00)
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə böyüklərdən ibarət milli komanda beynəlxalq yarışda iştirak etmək üçün dekabrın 10-da Mançesterə yollanır.
Azərbaycan taekvondoçuları reytinqlərini artıra bilərlər

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə böyüklərdən ibarət milli komanda beynəlxalq yarışda iştirak etmək üçün dekabrın 10-da Mançesterə yollanır.

Trend Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, 13-15 dekabr tarixlərində baş tutacaq yarışa öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançılar qatılacaq. Yüksək yerləri tutmuş taekvondoçular müvafiq olaraq, reytinq xallarını 80 xal (I yer), 60 xal (II yer) və 40 xal (III yer) artırmış olacaqlar.

Yarışa 5 taekvondoçu ilə yollanan milli komandamızın baş məşqçisi Əməkdar məşqçi Ələkbər İmaməliyev, qadınlardan ibarət milli komandanın baş məşqçisi Əməkdar məşqçi Gündüz Abdullayev və böyük məşqçi Elnur Amanov tərəfindən müəyyən edilmiş heyətdə Mikayıl Əliyev (58 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (+80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) yer alıb.

Milli komanda vətənə 17 dekabrda dönəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti