...

Azərbaycanın 10 sərbəst güləşçisinin adı FILA-nın reytinq siyahısına düşüb

İdman Materials 3 May 2014 13:47 (UTC +04:00)
Beynəlxalq Güləş Federasiyası - FİLA qitə çempionatlarının nəticələrinə əsasən, may ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.
Azərbaycanın 10 sərbəst güləşçisinin adı FILA-nın reytinq siyahısına düşüb

Azərbaycan, Bakı, 3 may /Trend/

Beynəlxalq Güləş Federasiyası - FİLA qitə çempionatlarının nəticələrinə əsasən, may ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

Trend Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sərbəst güləş üzrə reytinq siyahısına 10 pəhləvanımızın adı daxil edilib.

61 kq
1. Hacı Əliyev (3)
8. Əhmədnəbi Qvarzatilov (5)

65 kq
14. Məhəmməd Müslümov (10)

70 kq
2. Ruslan Dibirhacıyev (8)
18. Emin Əzizov (16)

74 kq
8. Cəbrayıl Həsənov (15)

86 kq
10. Həmzət Osmanov (6)

97 kq
3. Xetaq Qazyumov (2)
5. Şərif Şərifov (5)

125 kq
6. Cəmaləddin Məhəmmədov (5)

Qeyd edək ki, mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti