...

Premyer Liqada ən çox qol vuran və ötürmə verən futbolçular məlumdur

İdman Materials 5 İyun 2014 17:18 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında ötən mövsümün ən çox qol vuran və ötürmə verən futbolçuları məlumdur.
Premyer Liqada ən çox qol vuran və ötürmə verən futbolçular məlumdur

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Premyer Liqasında ötən mövsümün ən çox qol vuran və ötürmə verən futbolçuları məlumdur.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, mövsüm ərzində vurduğu 22 qolla komandasının çempionluğunda böyük pay sahibi olan "Qarabağ"lı Reynaldo 3 dəfə də komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb. Çempionatın bombardirləri siyahısında 14 qolla ikinci olan Vaqif Cavadov isə 8 dəfə komanda yoldaşlarının qol vurmasına kömək edib.

Qol ötürmələrinin sayında "Neftçi"nin braziliyalı futbolçusu Flavinyo hamını qabaqlayıb. 12 dəfə komanda yoldaşlarına qol ötürməsi verən Flavinyo özü bu mövsüm cəmi 3 qol vura bilib.

"InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən mövsümün ən yaxşı oyunçularının indeksi məlum olub. 20 nəfərlik siyahıya "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva başçılıq edir. Onun InStat indeksi 175 olub. Reynaldonun komanda yoldaşı Çumbinyo - Marinaldo da Silva (InStat indeksi 166) ikinci, "Neftçi"nin oyunqurucusu Flavinyo (InStat indeksi 162) isə üçüncüdür:

1. Reynaldo, Qarabağ 175
2. Çumbinyo, Qarabağ 166
3. Flavinyo, Neftçi 162
4. Derlis Meza Kolli, İnter 160
5. Bruno Bertuççi, Neftçi 160
6. Riçard Almeyda, Qarabağ 159
7. Rəşad Sadiqov, Neftçi 157
8. Erik Ramos, Neftçi 156
9. Qara Qarayev, Qarabağ 154
10. Vaqif Cavadov, İnter 154
11. Abdulla Abatsiyev, İnter 153
12. Mahir Şükürov, Neftçi 153
13. Denis Silva, Neftçi 152
14. Leroy Corc, Qarabağ 151
15. Maksim Medvedev, Qarabağ 151
16. Araz Abdullayev, Neftçi 150
17. Karlos Kardoso, Neftçi 150
18. Ernest Nfor, Neftçi 150
19. Rəşad Sadıqov, Qarabağ 149
20. Ansi Aqolli, Qarabağ 148

Ötən mövsümün statistik göstəricilərinə əsasən, Premyer Liqada ikili mübarizələrdə "Bakı" klubunun futbolçuları daha uğurlu olub (52%). Bakılılar əsasən yerdəki mübarizələrdə uğurlu olublarsa, "Xəzər Lənkəran" futbolçuları hava mübarizələrində hamını üstələyiblər (orta hesabla 54%). Paytaxtın eyniadlı komandası həm də top itkilərində (120) və top ələ keçirmədə (79), həmçinin müdafiədə (58%) və hücumda (48%) qazanılan ikili mübarizələrdəki göstəricilərə görə öndədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti