...

Bakcell "Mançester Yunayted" Yay Futbol Məktəbinin nəticələrini açıqladı

İdman Materials 9 İyun 2014 10:00 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti, “Mançester Yunayted” Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən uşaqlar sırasından seçilmiş 5 nəfərin adını elan edir:
Bakcell "Mançester Yunayted" Yay Futbol Məktəbinin nəticələrini açıqladı

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti, "Mançester Yunayted" Yay Futbol Məktəbini müvəffəqiyyətlə bitirən uşaqlar sırasından seçilmiş 5 nəfərin adını elan edir:

1. Səmədov Vəlihəd
2. Məmmədov Zərrər
3. Abbasov Əli
4. Nəsirli Ramin
5. Dövlətxanov Duraxan

Yuxarıda adları qeyd olunan uşaqlar 20- 26 iyul tarixlərində Mançester şəhərinə səfər edib, "Mançester Yunayted Futbol Məktəbi" tərəfindən keçirilən təlim- məşq toplanışlarında iştirak edəcək, əfsanəvi "Old Trafford" stadionu, eləcə də komandanın təlim-məşq bazasını ziyarət edəcəklər.

Məktəbin seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Tovuz, Gəncə, Qax və Sumqayıt) təşkil edilib.

Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 2-6 iyun tarixlərində Bakıda, Bakı Peşəkar Futbol Klubunun bazasında "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri Kevin Okonnel və Cemi Fitzpatrik tərəfindən keçirilmiş təlim-məşq toplantılarında iştirak ediblər. Təlim məşq toplanışında iştirak etmək və qalib gələn uşaqları təbrik etmək üçün Mançester Yunayted Futbol Klubunun əfsanəvi oyunçusu Duayt York Bakıya gəlib.

Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir. Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan "Mançester Futbol Məktəbi" dünya futboluna Devid Bekxem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib.

Ötən ilki "Mançester Yunayted" Yay Futbol Məktəbinin nəticələri Azərbaycanın uşaq futbolunun işkişafına böyük töhfələr verdi. Bakıda keçirilən təlim-məşq toplanışından seçilən 6 gənc istedad Mançester şəhərinə səfər edib əfsanəvi "Old Trafford" stadionu, "Mançester Yunayted" Futbol Akademiyası, eləcə də, "Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmişdilər.
İştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək "Mançester Yunayted" Yay Futbol Məktəblərinin "World Skills" finalına qədər yüksəlmişdi.

Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və "Mançester Yunayted" futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti