...

Məşhur basketbolçu polis oldu

İdman Materials 21 Yanvar 2015 17:34 (UTC +04:00)
ABŞ-ın keçmiş məşhur basketbolçusu Şakil O'Nil zabit olub.
Məşhur basketbolçu polis oldu

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/

ABŞ-ın keçmiş məşhur basketbolçusu Şakil O'Nil zabit olub. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, basketbolçu Florida ştatının polis şöbəsində xidmət edəcək.

Bununla belə, idmançı maaş almayacaq və sosial güzəştlərdən istifadə etməyəcək. Onun vəzifəsi ictimai fəaliyyət olacaq.

Ş.O'Nil polis sıralarına daxil olmaq üçün ötən ilin sentyabrında ərizə vermişdi. 42 yaşlı basketbolçu bunun üçün bir sıra fiziki və psixoloji testlərdən keçməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti