...

"Neftçi" "Xəzər Lənkəran"a yerini göstərdi, "Qarabağ" "təyyarəçilər"in sürətini azaltdı (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 11 Fevral 2015 17:54 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunları keçirilir.
"Neftçi" "Xəzər Lənkəran"a yerini göstərdi, "Qarabağ" "təyyarəçilər"in sürətini azaltdı (ƏLAVƏ OLUNUB-2)

"Neftçi" - "Xəzər Lənkəran" oyunu haqqında məlumat əlavə olunub (ilk xəbər saat 15:57-də yayılıb)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, "Bakı" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Futbolçuların çoxsaylı cəhdlərinə baxmayaraq, qapılar toxunulmaz qalıb - 0:0.

Lider "Qarabağ" isə son turlarda qələbə qazanan AZAL-ın qonağı olub. Hesabı 57-ci dəqiqədə qonaqların futbolçusu Reynaldo Silva açıb - 0:1. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, Ağdam təmsilçisi 18 oyundan 40 xalla turnir cədvəlinin şəriksiz lideridir. AZAL 23 xalla 5-cidir.

Turun mərkəzi oyunu da Bakıda keçirilib. "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı sınağa çəkib.

Birinci hissədə qol qeydə alınmasa da, ikinci hissədə bakılılar 3 dəqiqəyə 2 qol vurmaqla münasibətlərə aydınlıq gətiriblər: 65' - Julius Vobay, 68' - Samir Məsimov.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti