...

Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılmış federasiyaların siyahısına daxil edildi

İdman Materials 10 Mart 2015 19:23 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənmiş üzv federasiyalar arasında 3-cü yerə layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılmış federasiyaların siyahısına daxil edildi

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənmiş üzv federasiyalar arasında 3-cü yerə layiq görülüb.

Trend AGF-nin saytına istinadən məlumat verir ki, bu qərar 2015-ci il fevral ayının sonunda BGF-nin Lozanna (İsveçrə) şəhərində yerləşən baş ofisində İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilib. İllik mükafatlandırma proqramı federasiyaların beynəlxalq fəaliyyətlərinə (Dünya Kubokunda və ən azı, 10 Dünya Kuboku mərhələlərində, BGF-nin Konqresi, BGF-nin Simpoziumu, məşqçilik Akademiyası və s.) və yuxarıda qeyd olunan yarışlara vaxtında qeydiyyatın aparılmasına əsasən fərqlənmiş federasiyaların mükafatlandırılması üçün təsis olunub.

Mükafata layiq görülmüş ölkələr sırasına Belarus (1), Bolqarıstan (2), Rusiya (4) və Çin (5) də daxildir. Fərqlənmiş federasiyalara layiq görülmüş yerlərə əsasən BGF tərəfindən pul mükafatları təqdim olunacaq (1-ci yer - 15.000, 2-ci yer - 12.500, 3-cü yer - 10.000, 4-cü yer - 7.500 və 5-ci yer - 5.000 İsveçrə frankı).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti