...

Xavi seçimini etdi

İdman Materials 21 Mart 2015 12:34 (UTC +04:00)
Transferin şərtləri hələ məlum deyil.
Xavi seçimini etdi

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir Məftun Salmanov/

İspaniyanın "Barselona" futbol klubunun yarımmüdafiəçisi Xavi bu mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə Trend "El Mundo Deportivo" nəşrinə istinadən məlumat verir.

İspaniyalı Qətər çempionatının öndə gedən klublarından birinin təklifini qəbul edib.

Xavinin transferinin şərtləri hələ məlum deyil. Qeyd edək ki, futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti 2016-cı ildə başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti