...

Rauf Məmmədov: Düzgün gedişi görmürdüm (FOTO)

İdman Materials 18 Aprel 2015 23:10 (UTC +04:00)
Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya şahmatçısı Aniş Giriylə heç-heçə oynayıb.
Rauf Məmmədov: Düzgün gedişi görmürdüm (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya şahmatçısı Aniş Giriylə heç-heçə oynayıb.

Trend-in məlumatına görə, Giri partiyadan sonra bunları deyib: "Üstünlük qazandım. Rauf səhvə yol verməməyə çalışırdı. Sonradan üstünlüyüm rəqibə keçdi. Heç-heçə pis nəticə deyil. Düzünü deyim ki, qələbə qazanmaq istəyirdim. Sadəcə alınmadı. Rəqib dözümlü şahmatçıdır".

Rauf Məmmədov isə partiyanın sonuna yaxın üstünlük qazandığını lakin yorulduğunu bildirib: "Bu gün oyun ağır alındı. Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti