Azərbaycan, Bakı, 5 iyul /Trend/
Çilinin futbol üzrə milli yığması ilk dəfə Amerika kubokunu qazanıb.
Trend-in məlumatına görə, Santyaqoda Argentina ilə keçirilən həlledici görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Oyunun aqibətinin penalti seriyası həll edib. Həlledici qolu hücumçu Aleksis Sançes vurub.
Qeyd edək ki, bundan əvvəl Çili kubok finalında 4 dəfə uduzub.