Azərbaycan, Bakı, 1 avqust /Trend/
Mario Qomes karyerasını Türkiyədə davam etdirəcək. Fiorentinaya məxsus olan hücümçu 2015-2016 mövsümündə "Beşiktaş"-ın heyətində icarə əsasında çıxış edəcək. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Qeyd edək ki, keçmiş mövsümdə Qomes İtaliya çempionatında 20 oyuna 4 qol vurmaqa nail olub.