...

Azərbaycan Avropa çempionatının finalına vəsiqəni təmin edə bilər

İdman Materials 10 Sentyabr 2015 10:35 (UTC +04:00)
Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Avropa çempionatının finalına vəsiqəni təmin edə bilər

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elmir Murad/

Binə Atçılıq Mərkəzində Polo üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Atçılıq Federasiyasından Trend-ə verilən xəbərə görə, bu gün 4-cü tura start veriləcək. Yarışın bu mərhələsi əvvəlki 3 turda olduğu kimi qapalı manejdə deyl, açıq havada, yaşıl örtüklü meydanda keçiriləcək.

Bu gün ilk olaraq meydana Azərbaycan və İsveçrə komandaları çıxacaqlar. Görüş Saat 17:00 -da başlayacaq. Saat 18:00 -da isə İtaliya komandası Almaniya poloçuları ilə üz üzə gələcək. 4-cü turda keçiriləcək son oyun saat 19:15 -ə təsadüf edəcək. Meydana İrlandiya və İspaniya komandaları çıxacaqlar. Qeyd edək ki, 3 turdan sonra Azərbaycan seçmə komandası yüz faizlik nəticə ilə turnir cədvəlinə liderlik edir. İkinci pillədə İspaniya, üçüncü pillədə isə Almaniya komandaları qərarlaşıblar.

KOMANDALAR

Oyun

Qalibiyyət

Məğlubiyyət

Qol fərqi

Xallar

Azərbaycan

3

3

0

+10

6

İspaniya

3

2

1

+7

4

Almaniya

3

2

1

+3.5

4

İsveçrə

3

1

2

0

2

İrlandiya

3

1

2

-0.5

2

İtaliya

3

0

3

-21

0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti