...

Bakı Metropoliteni "Qəbələ"yə "hə" dedi

İdman Materials 17 Sentyabr 2015 19:51 (UTC +04:00)
Bu gün "Qəbələ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da Yunanıstanın PAOK komandasını qəbul edəcək.
Bakı Metropoliteni "Qəbələ"yə "hə" dedi

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Bu gün "Qəbələ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da Yunanıstanın PAOK komandasını qəbul edəcək.

Matç saat 22:00-da start götürəcək.

Trend klubun saytına istinadən məlumat verir ki, "Qəbələ" qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:30-dək uzadılması xahişi ilə müraciət edib.

Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.

Xəbər lenti

Xəbər lenti