...

Braziliyalı futbolçu "Neftçi"də

İdman Materials 22 Sentyabr 2015 19:13 (UTC +04:00)
“Neftçi” PFK müdafiəçi Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb.
Braziliyalı futbolçu "Neftçi"də

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Neftçi" PFK müdafiəçi Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb.

Trend klubun saytına istinadən məlumat verir ki, anlaşmaya əsasən, braziliyalı futbolçu ilin sonunadək komandanın şərəfini qoruyacaq. Filyo "Neftçi"də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın "Amerika" (2011-2012), Bolqarıstanın "Botev" (2012-2014) və Portuqaliyanın "Trofense" (2014-2015) klublarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti