...

Bakıda daha bir beynəlxalq şahmat turnirinə start verilib (FOTO)

İdman Materials 28 Sentyabr 2015 12:09 (UTC +04:00)
Bu gün Bakıda danışma və eşitmə qüsurlu şahmatçılar arasında avropa çempionatının açılış mərasimi keçirilib.
Bakıda daha bir beynəlxalq şahmat turnirinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elmir Murad/

Bu gün Bakıda danışma və eşitmə qüsurlu şahmatçılar arasında Avropa Çempionatının açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, çempionatda Avropanın 11 ölkəsindən olan şahmatçılar iştirak edir.

Açılış mərasimində Avropa Şahmat Federasiyasının prezidenti Zurab Azmayparaşvili, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov iştirak edib.

Tədbirdə çıxış edən A.Məmmədov iştirakçılra uğurlar arzulayıb və 2016-cı ildə Bakıda Şahmat Olimpiadasının keçiriləcəyini qeyd edib: "Bu gün burda sizi görməkdən məmnunluq duyuruq. Biz 2016-cı ildə Bakıda Şahmat üzrə Olimpiya Çempionatının keçirilməsi zamanı da sizi burda görməyə şad olarıq".

Qeyd edək ki, danışma və eşitmə qüsurlu şahmatçıların Avropa Çempionatı Bakıda ilk dəfədir ki, keçirilir. Respublika Şahmat Mərkəzində keçirilən çempionat 4 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti