Azərbaycan, Bakı, 8 oktyabr /Trend/
10-11 oktyabr 2015-ci il tarixdə Qroznıda Çeçenistan Prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə yığma komandanın 10 üzvü iştirak edəcək. Heyətdə Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov, Qitinamaqomed Hacıyev (hər ikisi 70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Aleksandr Qostiyev, Hacı Əlicanov (hər ikisi 86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.