Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Azərbaycan - Moldova oyununun biletləri satışa çıxarılıb.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, noyabrın 17-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.
Biletləri 28 Mall Alış-Veriş Mərkəzindən, Bakcell Sahil müştəri xidmətlərindən və "Bakcell Arena"nın kassalarından, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.
VIP sektorlara biletlərin qiyməti 10 AZN, digər yerlərə isə 1 AZN-dir.