...

Bakı Olimpiya Stadionunda turlar

İdman Materials 26 Noyabr 2015 17:33 (UTC +04:00)
Bu gündən etibarən Bakı Olimpiya Stadionunda turlara start verilir.
Bakı Olimpiya Stadionunda turlar

Bakı. Trend:

Bu gündən etibarən Bakı Olimpiya Stadionunda turlara start verilir.

Trend AFFA-ya istinadən məlumat verir ki, artıq stadionu yalnız rəsmi tədbirlər zamanı izləyici kimi görməklə yanaşı, arenanın digər hissələri ilə də yaxından tanış olmaq olar. Tur zamanı texniki otaqlara, konfrans zalına, skaybokslara, futbolçuların paltardəyişmə otaqlarına, oyun meydançasına və ehtiyat oyunçular skamyaları olan əraziyə getmək mümkündür. Qrup şəklində olan 60 dəqiqəlik piyada turdan əlavə, elektromobillə fərdi turlar da sifariş etmək olar.

Tur zamanı, həmçinin stadion barədə maraqlı məlumatlar və ictimaiyyət üçün nəzərdə tutulan gələcək planlarla yaxından tanış olmaq mümkündür

Turlar həftənin bazar ertəsi və cümə günləri saat 12:00-dan 16:00-a qədər mövcuddur, elektromobillə turlar isə (maksimum 3 nəfər), hər gün saat 11:00-dan 17:00-dəkdir. Turları əvvəlcədən rezerv etmək üçün: [email protected]; +994 55 979 59 89 və ya "feysbuk" səhifəsi - bakuolympicstadium1.

Turlar, Azərbaycan, rus, ingilis və alman dillərində keçiriləcək. Turların qiyməti böyüklər üçün 5 manat, tələbələr üçün 2 manat və 5-15 yaş arası uşaqlar üçün 1 manatdır. Bundan əlavə, bəzi güzəştlər də oluna bilər. Elektromobillə tur böyüklər üçün 25, tələbələr üçün isə 20 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti