...

Hakimə qırmızı vərəqə göstərdi, diskvalifikasiya olundu

İdman Materials 26 Fevral 2016 04:13 (UTC +04:00)
Türkiyənin "Trabzonspor" futbol klubunun müdafiəçisi Salih Dursun Türkiyə çempionatında üç oyunluq diskvalifikasiya olunub.
Hakimə qırmızı vərəqə göstərdi, diskvalifikasiya olundu

Bakı. Trend:

Türkiyənin "Trabzonspor" futbol klubunun müdafiəçisi Salih Dursun Türkiyə çempionatında üç oyunluq diskvalifikasiya olunub.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, diskvalifikasiyanın səbəbi müdafiəçinin Türkiyə çempionatının 22-ci tur çərçivəsində "Qalatasaray"la keçirilən oyun zamanı hakimə qırmızı vərəqə göstərməyi olub.

Oyun "Qalatasaray"ın meydanında fevralın 21-i baş tutub və ev sahiblərinin 2:1 hesablı gələbəsi ilə yekunlaşıb. Oyun hakimi Bitnel Deniz ümumilikdə "Trabzonspor" oyunçularına 4 qırmızı kart göstərib və oyunun axırında qonaqların qapısına penalti təyin edib.

Dursun isə, oyun zamanı yerə düşmüş qırmızı vərəqəni qaldırıb hakimə göstərdiyinə görə, özü meydandan qovulub. Qeyd edək ki, müdafiəçi həmçinin 4 min avro cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti