...

Kempo üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 30 Mart 2016 18:47 (UTC +04:00)
Kempo üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək.
Kempo üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək

Bakı. Trend:

Aprelin 2-3-də Hövsan Olimpiya İdman Kompleksində kempo döyüş növü üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək.

Kempo təşkilatının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun Trend-ə verdiyi məlumata əsasən, iki gün davam edən yarışda Ağcabədi, Şəki, Sumqayıt, Neftçala, Qazax, İsmayıllı, Lökbatan, Ucar və Bakının müxtəlif idman klublarından idmançılar iştirak edəcəklər.

Yarışda 1-ci yeri qazanan idmançılar (gənclər və böyüklər arasında həm "Full", həm də "Submission" versiyalarında) Avropa çempionatında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti