...

Rauf Məmmədov: "Şəmkirdə ən yaxşı oyunumu bu gün göstərdim" (FOTO)

İdman Materials 2 İyun 2016 22:32 (UTC +04:00)

Bakı. Trend:

Şəmkirdə təşkil olunan Vüqar Həşimovun xatirə turnirinin VII turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hindistan təmsilçisi Pentala Harikrişnayla xalı yarı bölüb.

Trend-in məlumatına görə, partiyadan sonra keçirilən mətbuat konfransında Rauf Məmmədov qələbəni əldən buraxdığını etiraf edib: "Partiya çox gərgin alındı. Oyundan sonra gördüm ki, qələbə qazanmaq imkanı var idi. Amma lazımi gedişləri görmədim. İndi artıq təəssüflənməyə dəyməz. Qələbə qazansaydım çox sevinərdim. Şəmkirdə hələlik ən yaxşı oyunumu bu gün göstərdim. Fabiano Karuanaya qarşı da yaxşı mübarizə sərgiləmişdim. Lakin məğlub olmuşdum. Əsas amillərdən biri nəticədir. Bu gün yaxşı oynadım, amma qələbəni əldən buraxdım".

Pentala Harikrişna isə heç-heçədən razı olduğunu bildirib: "Rauf çox yaxşı başladı. Qara fiqurlarla oynamasına baxmayaraq səhv etmədi. Sözsüz ki, bu amil oyunumu çətinləşdirdi. Qələbə qazanmaq imkanı az da olsa var idi. Lakin gedişləri düzgün görmədi. Heç-heçədən razıyam. Çünki, öz oyunumu göstərə bilmədim".

Xəbər lenti

Xəbər lenti