...

Rosberq boliddəki problem səbəbindən II sərbəst yürüşü dayandırıb

İdman Materials 17 İyun 2016 18:47 (UTC +04:00)
"Mercedes" pilotu Niko Rosberq boliddəki problem səbəbindən "Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşü dayandırıb.
Rosberq boliddəki problem səbəbindən II sərbəst yürüşü dayandırıb

Bakı. Maksim Tsurkov - Trend:

"Mercedes" pilotu Niko Rosberq boliddəki problem səbəbindən "Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşü dayandırıb.

Trend-in məlumatına görə, səbəblərdən biri mühərrikdə alışma ola bilər.

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti