...

Boksçularımız lisenziya döyüşlərinə çıxırlar

İdman Materials 23 İyun 2016 12:54 (UTC +04:00)
Paytaxtımızda davam edən boks üzrə olimpiya lisenziyalı sonuncu turnirdə artıq əsas mərhələyə start verilir.
Boksçularımız lisenziya döyüşlərinə çıxırlar

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtımızda davam edən boks üzrə olimpiya lisenziyalı sonuncu turnirdə artıq əsas mərhələyə start verilir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, mübarizəni davam etdirən 3 boksçumuzdan ikisi rinqə məhz bu gün çıxır. Yarış gününün günorta proqramında meydana çıxacaq 75 kq-da çıxış edən Kamran Şahsuvarlı 1/4 finalda irlandiyalı idmançı Maykl Orilli ilə üz-üzə gələcək.

Günün ikinci yarış proqramında rinqə 81 kq çəki dərəcəsində Teymur Məmmədov çıxacaq. İdmançımızın 1/4 finaldakı rəqibi isə mərakeşli Hassan Saadadır.

49 kq-da ölkəmizi təmsil edən Rüfət Hüseynov isə sabah yarışa qoşulacaq. İdmançımız yarımfinalda mübarizə aparacaq.

Qeyd edək ki, dünyanın 105 ölkəsindən 469 boksçunun mübarizə apardığı yarışda son 39 lisenziyanın sahibi müəyyənləşəcək.

Turnirə iyunun 25-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti