...

Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldı

İdman Materials 1 Fevral 2017 11:49 (UTC +04:00)
Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.
Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldı

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, biletləri "28 Mall" Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun "Sahil" stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və "Park Bulvar" ticarət mərkəzində əldə etmək mümkündür.

Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:

VIP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti