Bakı. Trend:
Millimiz Serbiya ilə qarşılaşacaq.
Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qurumun baş katibi Elxan Məmmədov Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb.
Görüşdə AFFA ilə Serbiya Futbol Federasiyası arasında əməkdaşlıq, E.Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, iki ölkənin aşağı yaş qruplarından ibarət yığma komandaları arasında yoldaşlıq oyunlarının təşkili ilə bağlı razılıq əldə olunub.