...

Bakı-2017: Boksçumuz 1/4 finala vəsiqə qazandı

İdman Materials 14 May 2017 13:05 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti döyüşlər keçirilir.
Bakı-2017: Boksçumuz 1/4 finala vəsiqə qazandı

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti döyüşlər keçirilir.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan millisinin 1/8 finaldakı sonuncu təmsilçisi Tamerlan Abdullayev bu gün rinqə çıxıb.

69 kq çəki dərəcəsində yarışan boksçumuz türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkib. T.Abdullayev hər 3 raundda rəqibindən üstün olub və yekunda 5:0 hesabı ilə qələbə qazanıb.

O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

Xatırladaq ki, T.Tarumalinqam 1/8 finalda qırğızıstanlı Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti