...

Üzgüçümüz İslamiadada 4-cü qızıl medalını qazandı (YENİLƏNİB)

İdman Materials 16 May 2017 19:06 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb.
Üzgüçümüz İslamiadada 4-cü qızıl medalını qazandı (YENİLƏNİB)

İlk xəbər saat 18:10-da yayılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 4-cü qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 800 m məsafəyə sərbəst üsulla üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 7:54.34 olub.

İkinci yeri İndoneziya üzgüçüsü Aflah Pravira, üçüncü yeri isə türkiyəli Ediz Yıldırımer tutub.

X X X

18:10

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 1:57.72 olub.

Gümüş və bürünc medallara müvafiq olaraq türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan sahib olublar.

Xatırladaq ki, bundan öncə təmsilçimiz M.Şemberyov İslamiadada 1500 m məsafəyə sərbəst üsulla və 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medal əldə etmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti