Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda güləşçimiz Rafiq Hüseynov (80 kq) 1/4 finalda xalça üzərinə çıxıb.
Trend-in məlumatına görə, ilk görüşdə idmançımız Qırğızıstan təmsilçisi Atabek Azisbekovla qarşılaşıb. Mübarizə 5:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb.
Beləliklə, R.Hüseynov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.