...

Azərbaycan komandası “World Gym for Life Challenge” yarışlarının final Qala-konsertində (FOTO)

İdman Materials 2 Avqust 2017 19:27 (UTC +04:00)
Norveçin paytaxtında dünyanın müxtəlif ölkələrindən olan 2000-dən çox gimnastın iştirakı ilə “World Gym for Life Challenge” yarışı keçirilir.
Azərbaycan komandası “World Gym for Life Challenge” yarışlarının final Qala-konsertində (FOTO)

Bakı. Trend:

Artıq bir neçə gündür ki, Norveçin paytaxtında dünyanın müxtəlif ölkələrindən olan 2000-dən çox gimnastın iştirakı ilə “World Gym for Life Challenge” yarışı keçirilir. Bu yarışın unikallığı müxtəlif yaşlarda olan şəxslər tərəfindən gimnastikanın bütün növlərinə aid elementlərin nümayiş olunmasından ibarətdir.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarış böyük və kiçik qruplar arasında keçirilir. Bu qəbildən olan yarışlara ilk dəfə qatılan Azərbaycan komandası, 47 kiçik qrup arasında çıxış edərək, şounun ən əsas mərhələsi - final Qala-konsertində iştirak etmək hüququ qazanıb. Parlaq kompozisiya nümayiş etdirən komandamızın üzvləri (Narın Qurbanova, Məryəm Səfərova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Ağasif Rəhimov, Nurcan Cabbarlı, Abdulla Əl-Məşayxi, Ruhidil Qurbanlı, Elçin Məmmədov, Vladimir Dolmatov, Orxan Muradov, Ruslan Eyvazov) bədii gimnastika, akrobatika, aerobika və rəqs elementlərini böyük məharətlə öz çıxışlarında əks etdiriblər. Coşğulu tamaşaçı alqışı isə onları bütün çıxışları boyunca müşaiyət edib.

Bu növ yarışlarda bütün iştirakçı ölkələr qalib hesab olunur və onlara qızıl, gümüş və bürünc medallar təqdim edilir. Lakin, kiçik qruplar arasında qızıl medala layiq görülən yalnız 6 komanda, bu gün baş tutacaq möhtəşəm final Qala-konsertində böyük qruplarla bərabər çıxış etmək hüququ qazanıb.

Bizim komanda ilə yanaşı, Qala-konsertdə kiçik qruplar arasında Almaniya, Avstriya, Portuqaliya, İtaliya, Böyük Britaniya və Zimbabve komandaları da yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti