...

Məcidov mundailda növbəti qələbəsini qazandı

İdman Materials 29 Avqust 2017 09:41 (UTC +04:00)
Məhəmmədrəsul Məcidov mundailda növbəti qələbəsini qazanıb.
Məcidov mundailda növbəti qələbəsini qazandı

Bakı. Trend:

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin 2 boksçusu da rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, onlardan biri - Məhəmmədrəsul Məcidov (+91 kq) mundialda növbəti qələbəsini qazanıb. İkiqat dünya çempionumuz iordaniyalı Hüseyn İşayşi məğlub edib - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27).

M.Məcidov 1/4 finalda Kamili-Dini Abudo-Moindze (Fransa) ilə üz-üzə gələcək. Döyüş avqustun 29-da olacaq.

Dünya çempionumuzdan fərqli olaraq, Pərviz Bağırov yarışla vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/8 finalda Tuvşinbat Byambaya (Monqolustan) 1:4 (28:29, 27:30, 29:28, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti