Bakı. Trend:
Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində birinci yarış günü başa çatıb.
Trend-in məlumatına görə, Macarıstanla qarşılaşan millimiz inamlı qələbə qazanıb - 3:0 (25:23, 25:14, 25:16).
Ukrayna - Rusiya oyununda isə rusiyalı voleybolçular ukraynalı rəqiblərinin sərt müqaviməti ilə üzləşsələr də, sonda qələbə qazana biliblər 3:2.
Digər oyunların nəticələri:
A qrupu
Azərbaycan - Macarıstan 3:0
Polşa - Almaniya 3:2
B qrupu
İtaliya - Gürcüstan 3:0
Belarus - Xorvatiya 3:2
C qrupu
Ukrayna - Rusiya 2:3
D qrupu
Serbiya - Çexiya 3:0
Niderland - Belçika 3:1
Sabah A qrupunda Polşa - Macarıstan, B qrupunda Gürcüstan - Xorvatiya, İtaliya - Belarus, C qrupunda Bolqarıstan - Ukrayna, Türkiyə - Rusiya, D qrupunda isə Çexiya - Belçika, Serbiya - Niderland oyunları keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.