...

Akrobatlarımız Avropa yaş qrupu yarışlarının finalında mübarizə aparıblar

İdman Materials 16 Oktyabr 2017 15:29 (UTC +04:00)
Akrobatika gimnastikası üzrə Avropa yaş qrupu yarışları başa çatıb.
Akrobatlarımız Avropa yaş qrupu yarışlarının finalında mübarizə aparıblar

Bakı. Trend:

Polşanın Jeşuv şəhərində 13-15 oktyabr tarixlərində təşkil olunan akrobatika gimnastikası üzrə Avropa yaş qrupu yarışları artıq başa çatıb.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verir ki, ölkəmizi bu yarışlarda kişi cütlüyü proqramında Daniel Abbasov - Murad Rəfiyev (11-16 yaş), qadın qrupu proqramında isə Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova (12-18 yaş) təmsil ediblər.

Gənc gimnastlarımız uğurlu çıxış edərək hər iki proqramda finalçılar sırasına düşməyi bacarıblar. Yekun mərhələdə isə kişi cütlüyümüz 26.000 xalla 5-ci, qadın qrupumuz isə 26.600 xalla 6-cı yerdə yarışları başa vurub.

Xatırladaq ki, bir neçə gün sonra (19-22 oktyabr) Jeşuv şəhəri daha bir mötəbər yarışa - akrobatika gimnastikası üzrə Avropa çempionatına da ev sahibliyi edəcək. Bu turnirdə "yunior" proqramda millimizin üzvləri, qarışıq cütlüklər Ağasif Rəhimov - Nurcan Cabbarlı və Abdulla Əl-Məşayxi - Ruhudil Qurbanlı medallar uğrunda mübarizəyə qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti