...

Gimnastikanın üç növü üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib (FOTO)

İdman Materials 6 Dekabr 2017 15:28 (UTC +04:00)
Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.
Gimnastikanın üç növü üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

Trend-in məlumatına görə, yarışda balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyasına daxil olan akrobatlar və 7-8, 9-11 və 12-14 yaşlı aerobika gimnastları eyni meydançanı bölüşərək, medallar uğrunda mübarizə aparacaqlar. Tamblinq cığırında isə balacalar və yeniyetmələr yaş kateqoriyasına aid gimnastlar öz aralarında ən yaxşıları müəyyənləşdirəcəklər.

Turnirə qatılacaq idmançılar Nizami rayonu idman məktəbi, Bakı Gimnastika Məktəbi, Ocaq Sport və Neftçi Klublarını təmsil edəcəklər.

Fərqli gimnastika növlərinin bir araya gələcəyi 2 günlük turnirdə tamaşaçıları hədiyyəli müsabiqələr və kiçik gimnastların iştirakı ilə fleşmoblar gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti