...

Yeniyetmə boksçuların mübarizəsi başlayır

İdman Materials 9 Yanvar 2018 09:17 (UTC +04:00)
Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək.
Yeniyetmə boksçuların mübarizəsi başlayır

Bakı. Trend:

Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, birinciliyə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq.

2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.

Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti