...

Azərbaycanlı gimnast: Bakıda keçiriləcək Dünya Kubokunda rəqabət yüksək olacaq (FOTO)

İdman Materials 8 Fevral 2018 18:30 (UTC +04:00)
Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda rəqabət kifayət qədər yüksək olacaq
Azərbaycanlı gimnast: Bakıda keçiriləcək Dünya Kubokunda rəqabət yüksək olacaq (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda rəqabət kifayət qədər yüksək olacaq.

Bunu Trend-ə azərbaycanlı gimnast Yuliya İnşina deyib.

Gimnast bildirib ki, o, məşqlərə yeni başlaylb və hələ ki, yaxşı formada deyil: “Mən təzəlikcə məşqlərə başlamışam. Bundan başqa, belimdə ağrılar məni narahat edir. Ümid edirəm ki, yaxın zamanlarda lazımı səviyyəyə çatacağam və qalan bir ay ərzində proqramımı inkişaf etdirəcəyəm”.

Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı idman gimnastikası üzrə 3-cü FIG Dünya Kubokunu qəbul edəcək. Turnirdə 27 ölkədən 163 gimnast iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti