...

Sərbəst güləş üzrə komandamız Avropa çempionatında tam heyətlə çıxış edəcək

İdman Materials 27 Aprel 2018 12:23 (UTC +04:00)
Sərbəst güləş üzrə komandamız Avropa çempionatında tam heyətlə çıxış edəcək.
Sərbəst güləş üzrə komandamız Avropa çempionatında tam heyətlə çıxış edəcək

Bakı. Trend:

30 aprel - 6 may tarixlərində Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən sərbəst güləş üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl federasiyanın 1-ci vitse-prezidenti, yığma komandanın baş məşqçisi Firdovsi Umudov, vitse-prezidentlər Maqomed Aliomarov və Namiq Abdullayev, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.

Belə ki, sərbəst güləş üzrə komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu heyətdə Giorgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtazali Müslimov (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədova (125 kq) yer veriblər.

Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da isə sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti