Bakı. Əli Mustafayev - Trend:
Bakıda Formula 1-in belə yüksək səviyyədə təşkili yalnız sevindirə bilər. Bunu Trend-ə britaniyalı turist Elvin Flinton deyib.
O, Bakının gözəl şəhər olduğunu bildirib: "Bu mənim Bakıya altıncı səfərimdir. Mən Bakını çox sevirəm. Formula 1 yarışlarını da çox sevməyim isə bu möhtəşəm ölkəyə gəlməyimə ikiqat səbəbdir. Azərbaycana bundan əvvəlki səfərlərim Formula 1 ilə bağlı deyildi. Mən sadəcə Bakıya vurğunam və 2017-ci ilin sentyabrından burada 6 dəfə olmuşam".
Turist qeyd edib ki, Bakıda ənənə ilə yeniliyin birləşdiyi ab-hava, həmçinin insanların mehribanlığı, qonaqpərvərliyi daha çox cəlb edir:
"Formula 1-i sevməyimə baxmayaraq, ilk dəfədir ki, yarışları canlı izləyirəm. Və deyə bilərəm ki, burada tədbirin təşkilatçılıq səviyyəsi möhtəşəmdir. Mənə Bakının Formula 1 tarixində bu idman yarışının keçirilməsi üçün ən yaxşı meydanlardan biri olduğunu görmək son dərəcə xoşdur".
Qeyd edək ki, aprelin 27-dən Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi keçirilir.