Bakı. Cani Babayeva - Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Qur-Qur maskotunun olması uşaqlar üçün bayram oldu.
Bunu Trend-ə gimnastika azarkeşi İrina Məmmədova deyib.
O, Milli Gimnastika Arenasında keçirilən yarışlara birinci dəfə deyil ki tamaşa edir: "Burada yarışlar həmişə maraqlı keçir. Qur-Qur maskotunun olması isə uşaqlar üçün bayramdır".
Azarkeşin sözlərinə görə, Azərbaycanda idmana böyük diqqət göstərilir: "Bunu ölkədə irimiqyaslı idman tədbirlərinin keçirilməsi, idman müxtəlif növlərinin inkişaf etdirilməsi də göstərir".
İ.Məmmədova qeyd edib ki, bədii gimnastika idmanın zərif növüdür: "Gimnastların çıxışından zövq alıram".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.