...

Azərbaycanın gimnastika yığması Dünya Kubokunda üçüncü oldu (FOTO) (YENİLƏNİB)

İdman Materials 29 Aprel 2018 15:24 (UTC +04:00)
Azərbaycanın gimnastika yığması Dünya Kubokunda üçüncü oldu.
Azərbaycanın gimnastika yığması Dünya Kubokunda üçüncü oldu (FOTO) (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutub.

Trend-in məlumatına görə, gimnastlarımızın finalda çıxışı hakimlər tərəfindən 17.600 balla qiymətləndirilib.

Bolqarıstan 19.800 balla birinci, İtaliya yığması isə 18.000 balla ikinci olub.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti