Bakı. Ənvər Məmmədov - Trend
Bolqarıstanın qrup hərəkətləri yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və 2 iplə tapşırıqların yekununda qalib olublar.
Trend-in məlumatına görə, onların finaldakı nəticəsi 19,050 bal olub.
Yaponiya idmançıları 18,000 balla ikinci yeri tutublar. Ukrayna təmsilçiləri eyni nəticəni göstərsələr də, bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turniri keçirilib. Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqlarda 3-cü olublar.