...

AÇ-2018: Mariya Stadnik 8-ci dəfə Avropanı fərh etdi (FOTO)

İdman Materials 3 May 2018 20:27 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Cəmi 32 saniyə ərzində rəqibini döşəyə çıxmağa peşiman edən Mariya Stadnik Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər güləşçimiz 6 dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.

59 kq çəkidə yarışan Tatyana Omelçenko da bürünc medal görüşünə çıxıb. Belarus idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

50 kq
FİNAL - Emilia Vuc (ROU) - Mariya Stadnik 0:10 (32 san.)
1/2 final - Mariya Stadnik - Kseniya Stankeviç (BLR) 10:0
1/4 final - Mariya Stadnik - Milana Dadaşeva (RUS) 10:0
1/8 final - Mariya Stadnik - J.Şellin (GER) 10:0

55 kq
1/4 final - Bediha Gün (TUR) - Solmaz Həşimzadə 4:0

59 kq
Bürünc medal görüşü - Tatyana Omelçenko - Katsiaryna Yanuşkeviç (BLR) 12:2
1/4 final - M.Hristova (BUL) - Tatyana Omelçenko 8:3

68 kq
1/8 final - Buse Tosun (TUR) - İrina Netreba 8:5

76 kq
Bürünc medal görüşü - İrina Pasiçnyk (UKR) - Səbirə Əliyeva
1/2 final - Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:10
1/4 final - Z.Nemeth (HUN) - Səbirə Əliyeva 6:9

Məqalədə:
Xəbər lenti

Xəbər lenti