...

Boksçularımız 5 qızıl və 4 bürünc medalla beynəlxalq turnirdə birinci olub

İdman Materials 12 İyun 2018 09:59 (UTC +04:00)
Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.
Boksçularımız 5 qızıl və 4 bürünc medalla beynəlxalq turnirdə birinci olub

Bakı. Trend:

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Belə ki, bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.

Bu göstərici ölkəmizi komanda hesabında birinci edib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

Qeyd edək ki, millimiz Vətənə bu gün qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti