Bakı. Trend:
Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə ikinci oyununu keçirəcək.
Trend-in məlumatına görə, ölkə çempionu Maltanın “Valletta” komandası ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu Sven Ayxler (Almaniya), Kamil Çetin (Türkiyə) və İvan Şabanovdan (Rusiya) ibarət hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, ötən gün “Araz” ilk oyunda Litvanın “Vytis” komandasına 0:1 hesabı ilə məğlub olub.