...

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlandı

İdman Materials 29 Oktyabr 2018 16:12 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlandı

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlanıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, IX turun 4 görüşündə qapılara 14 top vurulub.

Orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. II turda da eyni sayda – 14 qol qeydə alınmışdı.

Qeyd edək ki, IX turda meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. “Sabah” “Zirə”ni, “Səbail” “Keşlə”ni eyni – 2:1, “Neftçi” isə “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edibsə, “Sumqayıt” – “Qəbələ” görüşündə tərəflər hərəyə 2 dəfə fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti